Ermənistanda son sutkada daha 340 nəfər COVID-19-a yoluxub.
Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 175 538-ə çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 3 237-yə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 834 nəfərdir. İndiyədək 165 259 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 6 208 aktiv koronavirus xəstəsi var.