Gürcüstanda ötən sutkada daha 342 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 2 981 nəfər sağalıb, 44 pasiyent isə vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə indiyədək COVID-19-a 228 752 nəfər yoluxub ki, onların da 217 973-ü sağalıb, 2 572-si isə ölüb.