Rusiyada son bir gündə daha 11 571 nəfərə COVID-19 diaqnozu qoyulub.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 257 640 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 333 nəfər artaraq 86 455-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 823 074 nəfər sağalıb.