Ermənistanda daha 1 520 nəfərdə koronavirus aşkarlanıb.
Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 121 979-a yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 31 nəfər artaraq 1 870-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 469-a yüksəlib. İndiyədək 88 388 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 31 243 aktiv koronavirus xəstəsi var.