Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda korona: 2237 yoluxma, 29 ölü - Günün statistikası

  • 2021.03.31 15:40
  • 3019 Baxış
Azərbaycanda korona: 2237 yoluxma, 29 ölü -  Günün statistikası


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2237 yeni yoluxma faktı qeydə alınıb, 787 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 261 713 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 238 125 nəfər müalicə olunaraq sağalıb, 3 567 nəfər vəfat edib, aktiv xəstə sayı 20 021 nəfərdir.

Son sutka ərzində 14 885, hazırkı dövrədək isə 2 873 658 test aparılıb.