Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı martın 12-nə olan son statistik məlumatları və risk göstəricilərini yayımlayıb.
Trend-in məlumatına görə, təsdiqlənmiş yoluxma hallarının sayı artıb.
Belə ki, dünya üzrə yoluxma sayı ümumilikdə 124 ölkə/ərazi üzrə 126 380 nəfərdir. Son yoluxma sayı 191 nəfərdir.
Onların içərisində 18-i yeni olmaqla 4634 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 68 313 şəxsin sağaldığı qeydə alınıb. Statistikaya əsasən, onlardan 1300 nəfər yeni sağalanlardır.
ÜST-ün risk qiymətləndirməsi:
Çində: Çox yüksək
Regional səviyyədə: Çox yüksək
Qlobal səviyyədə: Çox yüksək