Ermənistanda son sutkada daha 888 nəfər COVID-19-a yoluxub.
Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 182 056-ya çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 19 nəfər artaraq 3 301-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 851 nəfərdir. İndiyədək 167 518 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 10 367 aktiv koronavirus xəstəsi var.