Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Daha 145 yeni yoluxma qeydə alındı - Günün STATİSTİKASI

  • 2021.02.18 16:35
  • 1628 Baxış
Daha 145 yeni yoluxma qeydə alındı -  Günün STATİSTİKASI

Azərbaycanda bu gün koronavirus infeksiyasına 145 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Medicina.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 232 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 271 nəfər müalicə olunaraq sağalıb, 3 190 nəfər vəfat edib. Hazırda 2 175 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7216 , bu günə qədər isə ümumilikdə 2 528 610 test icra olunub.