Ermənistanda daha 1 694 nəfərdə koronavirus aşkarlanıb.
Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 64 694-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 14 nəfər artaraq 1 081-ə çatıb. İndiyədək 48 104 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 15 509 aktiv koronavirus xəstəsi var.
Qeyd edək ki, ötən gün ölkədə 1 540 yoluxma, 11 ölüm faktının qeydə alındığı açıqlanmışdı.