Ermənistanda son sutkada daha 104 nəfər COVID-19-a yoluxub.
Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 170 506-ya çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 3 167-yə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 803 nəfərdir. İndiyədək 161 098 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 4 438 aktiv koronavirus xəstəsi var.