Putin ölkəmizin şimal sərhədində koronavirusla bağlı yaranmış çətin vəziyyətdən danışdı
“Rusiyada koronavirusun yayılması təhlükəsi əvvəlki kimi qalır, Dağıstanda isə çətin vəziyyət yaranır”.
Medicina.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinə aiddir.
Rusiya liderinin sözlərinə görə, regionda hər ötən gün xəstələrin, xəstəliyi ağır keçirənlərin sayı artır, son günlərdə isə səhiyyə sistemi ağır yük altında işləyir.
Putin həmçinin tibb işçiləri də daxil olmaqla regionda faciəli nəticələrin də artdığını vurğulayıb.