Rusiyada bir neçə gündür bəzi ərazilərdə taun xəstəliyi alovlanması barədə məlumatlar verilir. Qeyd edilir ki, bəzi ocaqlarda aktivləşmə var.
Bakupost.az xəbər verir ki, Rusiyanın nfeksionisti Andrey Pozdnyakov taunun yayıla biləcəyi bölgələri açıqlayıb. Onlardan biri də sərhədimizdə yerləşən Dağıstandır.
“Taunun mümkün təbii ocaqları arasında Dağıstan, Monqolustan, Kabardin-Balkar və İnquşetiya ilə həmsərhəd olan Altay dağları var. Bunlar gəmiricilərin yeyilə biləcəyi və ya tüklərindən istifadə oluna biləcəyi yerlərdir”, - deyə həkim izah edib.
Onun sözlərinə görə, risk qrupuna endemik ərazilərdə yaşayan gəmiricilər və həşəratlarla təmasda olan şəxslər daxildirlər. Ən böyük ölüm riski uşaqlarda, yaşlılarda və immuniteti zəif olan insanlarda mövcuddur.
Pozdnyakov bildirib ki, taun əvvəlcə yoluxmuş gəmiriciləri, sonra isə insanları sancan həşəratların, o cümlədən birələrin vasitəsi ilə yayılır. Bundan başqa, xəstəliyə yoluxmuş heyvan cəmdəklərini kəsərkən və xəstə insanla yaxın təmas zamanı da yoluxma ola bilər.
“aun ağciyər mərhələsinə keçdikdə o, hava-damcı yolu ilə ötürülə bilər”- deyə həkim bildirib.