Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dağıstanda məcburi vaksinasiyaya başlanılır - Yeni QƏRAR

  • 2021.07.21 16:49
  • 1357 Baxış
Dağıstanda məcburi vaksinasiyaya başlanılır -  Yeni QƏRAR
Dağıstanda ticarət və nəqliyyat sektorunda, həmçinin bir sıra digər sahələrdə çalışanların koronavirusa qarşı məcburi vaksinasiyasına başlanılıb.

Medicina.az xəbər verir ki, bu barədə Federal Səhiyyə Xidmətinin regional şöbəsinin müdiri Nikolay Pavlov qərar qəbul edib. Qərara əsasən, səhiyyə, təhsil, ticarət, iaşə, gözəllik salonları, ictimai nəqliyyat sahəsində fəaliyyət göstərən şəxslərə məcburi peyvənd vurulacaq.

Qeyd edək ki, bir müddət əvvəl də Özbəkistanda təhsil və xidmət sahələrində çalışanların məcburi vaksinasiyaya cəlb olunması barədə qərar qəbul olunmuşdu. Qərar əsasən, ölkədə istifadə olunan peyvəndin birinci dozası 1 sentyabra, ikinci dozası 1 oktyabra, üçüncü dozası isə 1 noyabra qədər vurulmalıdır.