Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dağınıq skleroz xəstələrində - xərçəng təhlükəsi

  • 2023.07.19 16:59
  • 1171 Baxış
Dağınıq skleroz xəstələrində    -  xərçəng təhlükəsi
İranın Tehran Universitetindən tibb elmləri doktoru Məhsa Qacarzadə və həmkarları MS xəstələrinin ümumi xərçəng riskini araşdırıblar.


“Medicina” xəbər verir ki, tədqiqatçılarin araşdırmalarına görə, daxil edilən məqalələrdə təhlükə nisbəti 0,7 ilə 1,67 arasında, ümumi təhlükə nisbəti isə 0,83 olaraq təxmin edilir.


İki tədqiqatda məmə xərçənginin kümülatif yayılması yüzdə iki idi; iki tədqiqatda həzm sistemi xərçənginin kümülatif yayılması yüzdə iki idi; həmçinin iki tədqiqatda dəri xərçənginin kümülatif yayılması yüzdə bir idi.

Bu xəstələrdə xərçəng riskini qiymətləndirən ilk araşdırmadır. Bu sistematik araşdırmanın nəticəsi göstərdi ki, bu xəstələrdə xərçəng riski ümumi əhali ilə müqayisədə aşağıdır və dağınıq skleroz xərçəngi tətikləmir.

Aynurə Məmmədova