Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dadbilmə qabiliyyəti nə zaman itir? - Altsheymerin başlanğıcı ola bilər

  • 2018.11.15 09:57
  • 19219 Baxış
Dadbilmə qabiliyyəti nə zaman itir? -  Altsheymerin başlanğıcı ola bilər
Duyğu orqanlarımızdan biri də dildir. Dil vasitəsilə əldə olunan informasiya baş beyinə ötürülərək ətraf mühit haqda insanda təsəvvür yaradır. Dadbilmə qabiliyyətinin az da olsa itirilməsi insanın həyatında çox böyük problemlərə və diskomforta yol aça bilər. 


Medicina.az xəbər verir ki, dilin əsas dad bilən hissələri kökü, ucu və yanlarıdır. Belə ki, dilin kökü ilə insan acı dadı, ucu ilə şirin, yanları ilə isə turş dadı hiss edir. 


Adətən 60 yaşdan yuxarı insanlarda dad hissiyyatı bir qədər kütləşir. Lakin bəzi hallarda insanlar az və ya çox dərəcədə, və ya tamamilə dad hissiyyatlarını itirdiklərini deyir, bundan narahat olurlar. Bu hal orqanzimdə yaşanan bir sıra patologiyaların əlaməti kimi özünü büruzə verə bilər. 


İnsan aşağıdakı hallarda dadbilmə hissiyatını itirə bilər: 


1)Reseprtorlar hisiyyatını itirən zaman

2)Ağır metallarla zəhərləndikdə

3)Ağızda quruluq

4)Analizatorların funksiyalarının pozulması

5)Beyin yarlmkürələrinin dad siqnallarını qəbul etməməsi

6)Narkotik qəbulu, siqaret çəkmək və ağır infeksiyalar zamanı

 

Dadbilmə qabiliyyətinin itirilməsinin əsas əlamətlərindən biri də altsheymer xəstəliyinin başlanğıcı ola bilər. 


Bəziləri üçün əhəmiyyətsiz görünən bu hal əslində çox ciddi xəstəliklərdən xəbər verən bir siqnaldır. Vaxtında müalicə olunmaq üçün isə həkimə müraciət etmək məsləhətdir.


Arzu

Medicina.az