Türk alimlərinin yeni araşdırması, dabanların masajının qadınlar üçün kilamakterik dövrdə yorğunluq və ağrılardan xilas etdiyini sübut edib.
"Medicina" xəbər verir ki, bu sadə prosedur yuxunun keyfiyyətini də yaxşılaşdırır.
Menopauza dövründə qadınlar həmişəkindən 1 saat çox yatmalıdır. Bunun üçün onlar yuxudan əvvəl daban masajı etməlidir.
Bu prosedur təşvişi, nevrozu azaldır, yorğunluğu götürür, çünki dabanın altındakı sinir hüceyrələri stimulə olunur.
Eksperimentdə 70 qadın iştirak edib.
Onların yarısı 10 gün ərzində hər gün 2 dəfə dabanlarını masaj edib, qalan yarısı isə etməyib.
Məlum olub ki, masaj edənlərin yuxusu daha çox və yaxşı olur.
Nəinki qadınlar, eləcə də yuxu pozulması yaşayan hər kəs bu masajı etməlidir.
Aygün Musayeva