Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- 30 dəqiqə sonra baş verənlər sizi təəccübləndirəcəkDabanınızı sarımsaqla ovxalayın...

  • 2018.12.18 14:30
  • 19459 Baxış
 - 30 dəqiqə sonra baş verənlər sizi təəccübləndirəcək Dabanınızı sarımsaqla ovxalayın...
İnsan orqanizmi nə qədər sadə görünürsə, öyrəndikcə bir o qədər bəsit olduğunu görürsən. Bu səbəbdəndir ki, yüzillərdir, alimlər araşdırmalar aparır, insanla bağlı hər gün, hər saat yeni bir detal kəşf edirlər.


Medicina.az insan orqanizmindəki ən maraqlı proseslərdən bir neçəsini təqdim edir:

 

Hıçqırıq necə yaranıb? 


Hıçqırıq 370 milyon il əvvəl yaşamış canlılardan gəlir. Bu canlılar okeanda üzürdü və orqanizmləri buna görə "qurğulanmışdı”. Bədənləri, nəfəs pərləri və ağciyərlərini eyni vaxtda işə salaraq hıçqırıq əmələ gətirirdilər ki, bunun sayəsində nəfəs ala bilirdilər. Avstraliyada hələ də bu üsulla nəfəs alan balıqlar var. Hıçqırıq deyilən mexanizmin köməyi ilə suda olarkən bu canlılar ağciyərlərə su dolmasının qarşısını alırdılar.


IQ nə qədər yüksəkdirsə, o qədər ilginc yuxular görürsən


Elm adamları yüksək intellektə malik insanların aşağı IQ-yə malik insanlarla müqayisədə daha maraqlə və uzun sürən yuxular gördüyünü iddia edir. Fəqət gecələr gördüyünüz yuxuları xatırlamırsınızsa, kədərlənməyin. Çox insan xəyallarını xatırlamır, çünki bir yuxu orta hesabla bir neçə saniyə sürür.


Ayaqlarınızla sarımsaq yeyə bilərsiniz


Dabanınızı sarımsaqla ovxalasanız, 30 dəqiqə sonra dadını və qoxusunu ağzınızda hiss edəcəksiniz. Bu, sarımsağın mexaniki təsiri nəticəsində əmələ gələn və orqanik bir maddə olan allisindən qaynaqlanır. Allisin hüceyrələrə nüfuz edə bilir, qan dövranı vasitəsilə orqanizmdə fırlanır və dad məməciklərinə çata bilir. Bu səbəbdən sarımsaq yeməkdən xoşu gələn insanların sadəcə ağzından deyil, bütün bədənindən pis qoxu gəlir. Çünki qoxu qanda həll olan məsələdir.


İnfarktların əksəriyyəti bazar ertəsi baş verir


Bazar ertəsi günü ürəktutma riski kişilər üçün 20, qadınlar üçün isə 15 faiz aralığındadır. Səbəb isə işə yenidən qayıtma məcburiyyətinin gətirdiyi stresdir. Elm adamları bəzi həftə sonlarında qəbul edilən alkoqollu içkilərin də həftənin əvvəlində infarkta səbəb ola biləcəyi məsələsində insanlara xəbərdarlıq edir.


Nigar

Medicina.az