Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dabandakı çatlar bu gizli xəstəliklərdən xəbər verir – Gizli səbəblər

  • 2020.01.13 19:50
  • 6228 Baxış
Dabandakı çatlar bu gizli xəstəliklərdən xəbər verir   – Gizli səbəblər


Dabanında çat olmayan insan varmı? Çoxları bunu sadəcə ayaq problemi, quru dəri ilə bağlayır.
Əgər çatlar kosmetik müdaxilələrlə getmirsə, daha da dərinləşirsə, artırsa, ağrıyırsa, altda yatan gizli səbəbləri tapmaq lazımdır.

Medicina.az daban çatlarında hansı xəstəliklərdən şübhələnməli olduğunuzu təqdim edir:

- Varikoz – gizli varikoz gözlə görünmür, bu zaman ayaq dabanları qanla normal qidalanmadığı üçün çatlayır. Bu zaman fleboloq gizli varikozu aşkarlamalı, müalicə yazmalı, siz isə V və P vitamin qəbul etməlisiz

- Böyrək problemləri

Böyrək çatışmazlığına gedən yolda qanda sidik turşusu miqdarı artır. Bu zaman dabanlar quru olur. Sidik turşusunun artması o deməkdir ki, qanda həddən artıq çox zülal var. Bu barədə müalicə alın.

- Şəkərli diabet – ayaqlar, dabanlar çox zərər görür, yaralar gec sağalır. Diabet xəstələri dabanlarını xüsusi nəzarətdə saxlamalıdırlar.

- Qastrit – bəli, dabanda ağrılı çatlar mədədə qastritdən də xəbər verir. Bu zaman ağızda quruluq, ağız kənarında da çatlar olur.

- Mikoz- sadə dillə desək göbələk. O da dabanlarda quruluq, epidermisin zədələnməsinə səbəb olur. Bunun üçün dermatoloq göbələk müalicəsi təyin edir. Sodalı,duzlu, furasilinli vannalar da yaxşı təsir edir.