Daban çatlarının yaranmasının səbəbi baxımsızlıq olmaqla bərabər, daxili patologiyaların olması ilə də bağlı ola bilər.
Bu tip xəstəliklər zamanı orqanizmdə qan dövranı pozulur. Bu dəyişikliklər nəticəsində ayaq dərisinin kobudlaşması və zədələnməsi hallarına rast gəlinir.
“Medicina” xəbər verir ki, rusiyalı terapevt Tatyana Romanenko sözlərinə görə, dabanlarda yaranan çatlaqlar endokrin pozğunluqlarının həmçinin qida çatışmazlığının nəticəsi ola bilər. Xüsusən B vitamini, D vitamini, A vitamini, E vitamini orqanizmdə çatışmadığı zaman, daban çatlarına rast gəlinir.
“ Çatlaqlar diabet və xəstə tiroid əlaməti də ola bilər. Həmçinin dabanlarda çatlar dəri toxumasının qidalanmasnını pozulduğu və ya dəridə pis damarlar olduqda da görünə bilər.
Araşdırmalara əsasən, qan tədarükünü pozan və çatlaqlara səbəb olan xəstəliklər ateroskleroz və şəkərli diabetdir. Beləliklə, ayaqlarda yaranan problemlərlə daha yaxından tanış olmaq lazımdır ki, bu kiçik problemlər böyük
patologiyalara gətirib çıxarmasın. Bundan əlavə, çatlamış dabanlar xəstə tiroid vəzininb də göstəricisi ola bilər.
Dərinin quruması və çatlamış dabanların başqa bir çox yayılmış səbəbi tiroid funksiyasının azalmasıdır, yəni hipotiroidizmdir".
Xanım