Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Daban çatlarını müalicə etmək üçün - Türkəçarələr

  • 2021.08.09 15:59
  • 4707 Baxış
Daban çatlarını müalicə etmək üçün   - Türkəçarələr

Daban çatları demək olar ki, hər insanda rast gəlinə bilən problemdir. Xüsusilə də qadınlar üçün olduqca cansıxıcı haldır. Bu problemin öhdəsindən gəlmək isə elə də çətin deyil.


Çox pul xərcləmədən evinizdə olan ərzaqlardan istifadə edərək dabanınızda yaranan çatları özünüz də müalicə edə bilərsiniz.


Gül suyu

Gül suyu daban çatlarını aradan qaldırar, eyni zamanda ayaqlarınızın təravətli qoxmasını təmin edər. İstədiyiniz miqdarda gül suyu və nəmləndirici kremi bir qabda qarışdırın. Çatların olduğu bölgəyə çoxlu sürtün ki, nəmlənsin. Bu qarışımı gecə yatmazdan əvvəl çəkin və pambıq corab geyinin. Səhərisi dabanlarınız yumşaq olacaq.


Kakao və badam yağı


İstədiyiniz qədər kakao yağını və badam yağını qarışdırın. Problemli bölgəyə sürtərək yarım saat saxlayın. Çatlar gedənə qədər bu üsulu təkrarlayın.


Alma sirkəsi


Alma sirkəsi dəri səthindəki ölü hüceyrələri təmizləməklə yanaşı, dəridə olan bakteriyaların da yox olmasını təmin edir. Hər gün bir vedrə suyun içərisinə bir stəkan alma sirkəsi tökün və ayaqlarınızı bu qarışımın içərisində ən az 20 dəqiqə saxlayın.


Zeytun yağı


Dəriyə çox faydalı olan zeytun yağı daban çatlarına çox yaxşı təsir edir. Hər gün müəyyən fasilələrlə çatlar olan hissəyə zeytun yağı çəkin. Ancaq zeytun yağını sürtdükdən sonra problemli bölgəni şəffaf falqa ilə sarıyın. Bu əməliyyatı dabanınızdakı çatlar keçənə qədər tətbiq edə bilərsiniz.