Milli Məclisin daha iki deputatı koronavirusa yoluxub.
Medicina.az xəbər verir ki, deputatlar Ceyhun Məmmədov və Kamal Cəfərovun COVID-19-la bağlı verdikləri testlərin nəticəsi pozitiv olub.
Qeyd edək ki, bir neçə gün bundan qabaq Milli Məclisin deputatları olan Rəşad Mahmudov, Tahir Mirkişili, Azər Badamov, Tahir Kərimli, Məşhur Məmmədov, Sədaqət Vəliyeva, Məzahir Əfəndiyev, Vüqar Bayramov, Qənirə Paşayeva, Soltan Məmmədov, Tural Gəncəliyev, Nizami Səfərov da koronavirusa yoluxub.