Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Öd yollarının diskineziyası - Hamıda var

  • 2018.02.02 17:01
  • 107759 Baxış
Öd yollarının diskineziyası -  Hamıda var
Öd qaraciyər tərəfindən ifraz olunan xüsusi maddədir. Onun əsas vəzifəsi – yağların mənimsənilməsini yaxşılaşdırmaq və qidanın bağırsağa hərəkətini aktivləşdirməkdir. 


Öd bağırsağa düşənə kimi öd yollarından keçir. Öd axarlarının xüsusi əzələsi olan Oddi Sfinkterinin işi pozulanda öd axarlarının durğunluğu – diskineziya xəstəliyi başlayır və beləliklə öd ifrazı ilə problem yaranır. 

Medicina.az xəbər verir ki, dünyada diskineziyadan əziyyət çəkən insan milyonlarladır. Bu xəstəliyə əsasən qadınlar daha çox tutulur. 


Əsas səbəbləri: 

-Qeyri-düzgün qidalanma – çoxlu yağ, acı, istiotlu yeməklər, yemək arasında uzun fasilə

-Mədə bağırsaq traktının müxtəlif xəstəlikləri – qastrit, xora, duodneit, pankreatit

-Hormonal pozğunluqlar

-Klimaks

-Qurd invaziyaları

-Stress, nevroz, depressiya


Orqanizmdə nə baş verir:

Diskineziyanın 2 forması var: hiperkinetik – hipokinetik. 

Hiperkinetik formada öd kisəsinin tonusunun yüksəlib, yığılması güclü, sürətlidir. Sfinkterlər lazım olduğu qədər açılmır. Bu zaman öd olan nahiyədə ara-sıra ağrılar olur. Qadınlarda menstrual tsikl vaxtı kəskinləşmə olur, çünki bu zaman ödün tonusu ikiqat artır. 

Hipokinetik formada - əksinə, öd kisəsi lazımi qədər yığılmır. Bu zaman da sağ qabırğa altında tutmaşəkilli ağrılar olur. Əsasən 40 yaşından sonra insanlarda bu forma inkişaf edir. 

Bir müddət keçdikdən sonra öd kisəsi və yollarında iltihabi proses- xolesistit, xolangit başlaya bilər, öd daşları yaranar. 


Diqqət:

Əgər səhər yuxudan oyananda ağzınızda acılıq hiss edirsizsə, yaxşı yatsanız da səhər halsız olursuzsa, bütün günü pis əhvaldasınızsa, bir işi görməyə gücünüz yoxdursa, öd və öd yollarının disfunksiyasından şübhələnmək lazımdır. Yeyəndən sonra sağ qabırğaaltında tutma ağrılar başlayırsa, sizdə 70%diskineziyadır. Diskineziya qəbizlik və ya ishal yarada bilər, qadınlarda menstrual tsikli poza bilər. 

Diaqnostikası:

-Qanın biokimyəvi analizi 

-Qarın boşluğu orqanlarının USM

-Duodenal zondlama – zondla öd möhtəviyyatının yığılması

-Rentgen – tolesistoqrafiya


Müalicəsi:

Burda vacib məqam diskineziyanın formasını düzgün təyin etməkdir, müalicə də buna əsasən təyin olunur. Əsas müalicə xüsusi pəhriz və qidalanmadır.

Çiy halda meyvə-tərəvəz yeyilməli, çoxlu su içilməlidir. 

Dərman preparatlarından spazmalotiklər, ödqovucu dərmanlar, bitki yığınları təyin olunur.

Qarğıdalı saçağı, itburnu, nanə kimi bitkilərin dəmləmələri əla nəticə verir. 

Mineral sularla müalicə də tətbiq oluna bolər: Esentuki 4, Narzar, Smirnovskaya. Bu suları isti halda içmək lazımdır. 

Bir az xroniki hallarda həkim Dübaj – öd yollarının yuyulmasını təyin edə bilər. 

Həmçinin bır neçə fizioterapiya metodları da effekt verir. 

Belə xəstələr təmiz havada çox gəzməli, stresdən uzaq durmalı, gündə 4-5 dəfə qısa fasilələrlə qidalanmalıdır. 

 

Öd yollarının diskineziyası -  Hamıda var