D vitamini kalsiumun mənimsənilməsi, onun qana sovrulması üçün vacibdir. D vitamini az olan insanda sümüklər, dişlər zəifləyir.
D vitamini əskikliyi özü problemlər yaradır.
Son zamanlar insanlar kütləvi olaraq D vitamininə sanki hücum çəkib. Amma onu unuduruq ki, D vitamini kalsiumu çəkib qana atsa da, onu lazımi orqanlara, sümük və dişlərə çatdırmaq üçün K2 lazımdır. K2 olmadıqda qana atılan kalsium böyrəklərə çökərək orda daş yarada bilər.
- Kalsiumun damarları kirəcləşdirməsinin qarşısını alır
- İnfarkt, insult riskini azaldır
- Təzyiqin yüksəlməsinə qarşıdır
- Qanda şəkər səviyyəsini tənzimləyir
- Uzun müddət yüksək dozada D vitamini qəbulu zamanı böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır
Ona görə də kəskin D vitamini əskikliyi olan yüksək dozada vitamini qəbul edən insanlar yanaşı olaraq K2 qəbul etməlidir və ya tərkibində bu vitamin də olan qarışıq D vitamini alıb içsinlər.