Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

D vitaminini çox qəbul etdikdə sümüklərdə nə baş verir?

  • 2022.07.04 15:37
  • 3129 Baxış
D vitaminini çox qəbul etdikdə sümüklərdə nə baş verir?

D vitamini yüksək dərəcədə və qısamüddətli olaraq qəbul edildikdə sümüklərdə kalsiumun artmasına səbəb olur.


Mütəxəssislər D vitamininin diş və sümüklərin inkişafında çox vacib olduğunu xüsusilə qeyd edir. Vitamin D insan orqanizminə günəş şüaları və yaxud günəşdən meydana gələn qida məhsullarının köməyi ilə daxil olur.



Medicina.az xəbər verir ki, uzun müddət günəş altında gəzməyən insanlarda D vitamininin çatışmazlığı çox vaxt hiss olunur və bununla bağlı D vitamini ilə zəngin məhsulların qəbul edilməsi məqsədəuyğundur.

Sutkalıq D vitamini ehtiyacını ödəmək üçün həftədə ən az iki dəfə, əsasən səhər saatlarında saat 11:00-dək, axşam saatlarında isə 17:00-dən sonra 20-30 dəqiqə günəş şüası qəbul etmək məsləhət görülür.