D vitamini insan üçün ən əhəmiyyətli vitaminlərdən biridir. Uşaqlara isə doğulandan 2 yaşına qədər D vitaminini vermək tövsiyə edilir.
Bəzən insanlar D vitamininə ehtiyac olan zaman ilk olaraq dərmanlara üz tuturlar.
Bəs təbii yolla D vitamini çatışmazlığının qarşısını necə almaq olar?
Medicina.az tərkibində D vitamini olan qidaları təqdim edir: Hazırda koroanvirusun müalicə və profilaktikasında da bu vitamin tövsiyə olunur.
1. Yağlı dəniz balığ: losos, sardin, seld- Həm sağlam, həm ləzzətli qida olan balığı həftədə ən az 3 dəfə yesəniz, D vitamini ehtiyacınızın əksər hissəsini almış olursunuz.
2. Kartof - Püre halında olan kartofa bir az yağlı süd əlavə etsəniz, gündəlik D vitamini ehtiyacını ödəmiş olacaqsınız.
3. Yumurta, xüsusən sarısı - B12 və protein baxımından çox zəngin olan yumurta gündəlik D vitamini ehtiyacının 4 faizini qarşılayır.
4. Meşə göbələyi, ağ göbələk
5. İnək və keçi südü
6. Portağal şirəsi
7. Balıq qaraciyəri, tuns
8. Sarı pendir, holland pendiri
Hər gün bu qidalardan ən azı iki -üçündən 100 qram yeməlisiz.