Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

D vitamini əskik insanların bədəni şişir

  • 2023.06.05 21:27
  • 1559 Baxış
D vitamini əskik insanların bədəni şişir
Orqanizmdə artıq maye yığıldıqda, suyun tutulması baş verir. Bu vəziyyət həm də ödem kimi tanınır. Qan dövranı sistemində və ya toxumalarda yaranan ödem əllərdə və ayaqlarda şişkinliyə, həmçinin yorğunluğa səbəb ola bilər.


“Medicina” xəbər verir ki, həkim – diyetoloq Ridvan Arslanın sözlərinə görə, toxumalarda həddindən artıq maye yığılması ödemə səbəb olur.


Qadınlarda aybaşı dövrü, müəyyən dərmanların istifadəsi, ürək və ya böyrək kimi bəzi xroniki xəstəliklər bədənimizdə ödem əmələ gətirir.


“Orqanizdəki ödemdən qurtulmaq üçün gündəlik su qəbulunu artırmaq lazımdır. Həmçinin fast-food, konservləşdirilmiş qidalar, turşu və duz kimi məhsulların qəbulu məhdudlaşdırılmalıdır.


Araşdırmalar göstərmişdir ki, ödem D vitamini səviyyəsi aşağı olan insanlarda daha çox müşahidə olunur.
Gün ərzində kifayət qədər protein aldığınızdan əmin olun. Həddindən artıq protein qəbulu orqanizmdəki ödəmə səbəb ola bilər.


Şəkərli qidaların qəbulu ilə bədənimiz suyu saxlayır. Pəhrizinizdə təmizlənmiş karbohidratlar əvəzinə tam taxıl karbohidratlar olmalıdır.


Tərəvəzlərdən tünd yaşıl yarpaqlı tərəvəzlər, meyvələrdən albalı, ananas, ərik və kivi sidikqovucu təsir göstərir. Diuretik qidalar bədəndən yığılan suyun çıxarılmasına kömək edir.

Qəlyanaltı və ya əsas yeməklərinizdə probiyotiklərlə zəngin olan qatıq və kefirdən istifadə etməyə diqqət etmək lazımdır.

Səhhətinizdə heç bir problem yoxdursa yaşıl çay, albalı sapı, qarğıdalı və adaçayı kimi bitki çaylarından istifadə etmək olar.

Maqnezium və kalium ödemin aradan qaldırılmasında təsirli olan minerallardır. Pəhrizinizə maqnezium və kaliumla zəngin qidalar əlavə edin. Maqneziumla zəngin qidalar; qoz-fındıq, badam, avokado, paxlalılar və bütün taxıllar. Kaliumla zəngin qidalar; ispanaq, cəfəri, banan, kişmiş, gavalı, avokado və günəbaxan toxumudur”.

Günay Quliyeva