ALimlər D vitamininin dağımıq sklerozun qarşısını alması barədə elmi araşdırma aparıb.
"Medicina" xəbər verir ki, dağınıq skleroz nevroloji autoimmun xəstəlikdir, beyin, onurğa və gözü zədələyir.
Xəstəliyin simptomları:
- Yerişin, hərəkətin dəyişməsi
- Ayaqlarda keyimə
- Yorğunluq
- Danışığın yavaşıması
- Görmənin zəifləməsi
- Refleksllərin pozulması aiddir.
Hazırda bu xəstəlik müalicəyə tabe olmur.
Amma onun inkişafını ləngitmək, ağırlaşmasının qarşısını almaq olur.
Neurology dərgisində verilən məqalədə profilaktik məqsədlə D vitamininin dağınıq sklerozun qarşısı aldığı bildirilir.
Orqanizmdə kifayət qədər bu vitamin olduqda xəstəliyin başlanğıcını saxlamaq olur.
Tədqiqatda iştirak edən insanların bir qrupu hər gün günəşli havada gəzib və D vitamini ilə zəngin qidalar yeyib.
Nəticə göstərib ki, belə rejimə əməl edənlərdə dağınıq skleroz daha gec başlayıb, nəinki etməyənlərdə.
Aygün Musayeva