Amerika Endokrinologiya Cəmiyyəti tərəfindən nəşr olunan yeni bələdçi D vitamininin istifadəsi ilə bağlı bir çox fərqli detalları ehtiva edir.
Medicina.az xəbər verir ki, yeni araşdırmalar nəticəsində D vitamini səviyyələri ilə müxtəlif xəstəliklər arasında müəyyən əlaqənin olduğu ifadə edilib.
Xərçəngdən tutmuş metabolik xəstəliklərə, şəkərli diabetə və daha bir çox problemə səbəb olan D vitamini çatışmazlığı sağlamlığımız üçün böyük təhlükə kəsb edir.
Yeni yayımlanan tövsiyələrə görə, bəzi insanlar mütləq D vitaminini əlavə olaraq istifadə etməlidirlər. İlk qrup 1-18 yaş arası uşaqlardır. Bu yaş dövründə D vitamini ehtiyatlarını doldurmaq vacibdir.
İkinci qrupu yaşı 75-dən yuxarı olan şəxslər təşkil edir. Onların yaşa görə bəzi xəstəliklərə tutulma riski daha yüksəkdir. Bədəni gücləndirmək, vaxtından əvvəl ölüm nisbətini azaltmaq və sağlam olmaq üçün bu yaş dövründə D vitamini əlavələrinə ehtiyac olduğu bildirilir.
Üçüncü qrupa hamilələr aid edilir. Hamiləlik dövründə D vitamini qəbulu məsələsi aktuallaşır. Mütəxəssislərin fikrincə, ana bətnində körpənin ölüm riskini azaltmaq üçün D vitamini əlavə olaraq istifadə edilməlidir.
Orta yaşlarda şəkər xəstəliyinə tutulma riski olanlar da bu riski azaltmaq üçün orqanizmi D vitamini ilə davamlı olaraq təmin etməlidirlər. Yəni genetik olaraq diabetə meyilli olanlar 4-cü qrupu təşkil edir.
Bildirilir ki, E vitamini və D vitamini əlavələri heç bir sübuta əsaslanmadan tövsiyə oluna bilər. Hətta statistikalar göstərir ki, tövsiyə əsasında D vitamini əlavəsinin verilməsi uşaq və yeniyetmələrdə tənəffüs yolu infeksiyalarının qarşısının alınmasında təsirli olub.
Xüsusilə qeyd olunan dörd qrup üçün tövsiyə edilən D vitamini əlavəsinin orqanizmə faydalı təsirlər təmin etdiyi ifadə edilir.
Tədqiqat, həmçinin empirik vitamin əlavələrinin həddən artıq kök insanlarda xəstəlik riskini azaltmaqda təsirli olub-olmamasını da əhatə edir. Bununla belə, həkimlər qidalanma pozğunluqlarından əziyyət çəkən şəxslərə D vitamini əlavələrini tövsiyə etmirlər.
Mütəxəssislər vurğulayırlar ki, bəhs edilən dörd qrup D vitamini əlavələrini depo kimi qəbul etmək əvəzinə gündəlik aşağı doza formatında istifadə etməlidir.
D vitamini əlavələri digər vitaminlərlə birlikdə qəbul edilməlidirmi?
Həkimlərin fikrincə, bu mövzuda daha çox araşdırmaya ehtiyac olsa da, fərqli vitaminlərlə qəbul etməyin ümumiyyətlə heç bir zərəri yoxdur. Xüsusilə osteoporoz və ya digər pozğunluqlar üzərində aparılan araşdırmalar göstərir ki, D vitamini və kalsium əlavələri birlikdə qəbul edilməlidir.
Hazırkı nəşr edilmiş araşdırmalara görə, balanssız və nizamsız D vitamini əlavələrinin qəbulunun sağlamlığa mənfi təsir göstərə biləcəyi deyilir. Ancaq həkimlər qeyd olunan 4 qrup üçün bunun keçərli olmadığını qeyd edirlər.
Aysel