Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

D vitamin əskikliyi və dar şalvar kişilərdə impotensiya yaradır – ALİMLƏR

  • 2019.07.29 17:42
  • 7667 Baxış
D vitamin əskikliyi və dar şalvar kişilərdə impotensiya yaradır –  ALİMLƏR
Bir qrup alim kişilərin isti aylarda cinsi aktivliyinin qış aylarına nisbədən artdığını təyin edərək, potensiyaya yay fəslinin necə təsir etdiyini araşdırıb.


Medicina.az xəbər verir ki, yayda günəş şüalarının təsirindən D vitamini sintezi artması seksual aktivlik yaradır. D vitamini qanda testosterone hormonunu da artırıb. 


Müşahidələr göstərib ki, kişilərdə testosterone səviyyəsi iyun ayında yanvar ayına nisbətdə 33% çox olub. Eləcə də cinsi əlaqədə pik orqazm də yayda baş verir.


Ona görə mütəxəssislər il boyu kişilərə D vitaminli BAD-lar qəbul etməyi tövsiyyə edir. 

Amma yayda çimərlik və açıq havada hün şüaları altında olarkən  bədən temperaturunun qalxması və orqanizmin susuzlaşmasına da diqqət yetirmək lazımdır. 


Xüsusən dar şalvar, cins geyinən kişilərdə xayalarda temperatur həddi artır, bu da potensiya və sperma keyfiyyətinə mənfi təsir edir. 

Mütəxəssislər yayda gen, qısa şalvar, sort geyməyi, sıx alt geyimindən uzaq durmağı məsləhət görür.