Orqanizmdə D vitamini əskikliyi gəncləri uyuşdurucu maddələrə tələbat duymağa sövq edir. Bu onlardan asılı deyil.
Çünki insan açıq günəş altında qaralanda və ya solyariyə gedəndə ultrabənövşəyi şüaların təsirindən dəridə endorfin adlı hormon sintez olunur. Bu da elmi baxımdan opiod narkotik maddə kimi təsir edir. Bir sözlə insana həzz verir.
Medicina.az xəbər verir ki, bu nəticəyə ABŞı-ln bir neçə elmi mərkəzinin alimləri gəlib.
Massaçuset ştatı xəstəxanasının rəhbəri Devid Fişer elmi araşdırmanın nəticəsində D vitamini defisit olan insanların həyatdan həzz ala bilmədikləri, xüsusi hormonların az olması səbəbindən özlərini şən, şad hiss etmək üçün zərərli maddələrə üz tutduqlarını sübut edib.
Çimərlikdə uzanıb qaralmaq narkotik maddə istifadə etmiş kimi insana xoşbəxtlik və həzz hissi verir, bədən, beyin sakitləşir.
Bəzi insanların qaralmaya hədsiz meyilliyi və daim solyariyə getmək istəyi və bundan asılılığı da məhz bu səbəbdəndir. Solyari endorfinlərin miqdarını artırır.
Gün altında uzanmağa meyillik bədəndə D vitamini çatışmamasının dolayı yolla əlamətidir.
Bədəndə bu vitamin əskikliyi orqanizmin narkotik təsirli maddələrə həssaslığını artırır və ondan istifadəyə meyilləndirir.
Ona görə yeniyetmə və gənclərdə bütün il boyu D vitamini miqdarı nəzarətdə saxlanmalı, defisit aradan qaldırılmalı, yayda isə günəşdə qaralmalıdırlar.
Eləcədə nevroz, depressiya və həyatdan küskünlüyü olanlar xoşbəxtlik hormonu artırmaq üçün çimərliyə üz tutub gün altında qaralsalar yaxşı olar.