İngiltərədə cüt mutant virusu tapılıb.
Medicina.az xəbər verir ki, ingilis rəsmilərinin məlumatına görə, ilk olaraq Hindistanda ortaya çıxan, daha sonra ABŞ-ın Kaliforniya əyalətində görülən Kovid-19-un cüt mutant variantı indi də İngiltərə də ortaya çıxıb. Artıq ölkədə 104 nəfərdə aşkarlanıb.
Qeyd edək ki, mütəxəssislər cüt mutant virusuna qarşı peyvəndlərin effektli olub-olmaması ilə bağlı araşdırmalar aparır.