Çuğundur suyu qanda oksid nitratı artırıb, damarları rahatladır və qan dövranını yaxşılaşdırır.
"Medicina" xəbər verir ki, qanın həddən artıq laxtalanması ürək və beyin üçün zərərlidir.
Elmi tədqiqatlar çoxdan sübut edib ki, dietik qidalanma və bəzi qidalar, xüsusilə su və çuğundur tromb əmələ gəlməsi riskini azaldır.
Yaşlandıqca damar divarlarının kobudlaşması, zədələnməsi və bərkiməsi baş verir.
Belə damardan qan ağır keçir və qatılaşır.
Amma çuğundur arteriyaların bərkiməsinin qarşısını alır. Çuğundur şirəsinin təsirindən udulan nitratlar çoxalır, oksid azot hüceyrələrlə reaksiyaya girərək, damarları genişləndirir və qan dövranı artır.
Yaşlanma ilə əlaqədar ürək-damar xəstəlikləri artır, bunun bir səbəbi də oksid azotun orqanizmə az daxil olmasıdır.
Ona görə həftədə 2-3 dəfə çuğundurlu və tərəvəzli salat yemək oksidləşdirici stresi azaldır.
Aygün Musayeva