Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cücərmiş qozun 10 faydası – Zob, təzyiq, diabetlər üçün dərmandır

  • 2018.09.03 17:13
  • 46874 Baxış
Cücərmiş qozun 10 faydası –  Zob, təzyiq, diabetlər üçün dərmandır
Ümumilikdə qozun insana faydaları çoxdur. Amma cücərdilmiş qozun müalicəvi təsiri inanılmazdır.

Medicina.az xəbər verir ki, 1000 illik tarixi olan cücərmiş qoz təbabətdə bu xəstəliklərdə tətbiq olunur:


-Bağırsağı toksinlərdən təmizləyir

-Qanı təmizləyir

-Artrit və kataraktaya qarşıdır


-Beynin işini yaxşılaşdırır

-Ürək-qan damar sistemini gücləndirir

-Qalxanabənzər vəzinin işini aktivləşdirir


Ona görə zobu, hormonal pozuntusu, diabeti, ürək-damar problemi, hətta xərçəngi olan xəstələrə qozu adi halda yox, cücərdib yemək məsləhətdir. 


Hazırlanması:


1 kq qabıqlı qoz yaxşıca yuyulur. Sonra qazana yığılıb, üzərini azca örtənə kimi təmiz su tökülür. Günəşli yerdə saxlanılır. Hər gün suyu təzələnir. Qozlar yabaş yavaş cücərəcək. 2 həftədən sonra su süzülür, qozlar soyuducuya qoyulur. 10 gün ərzində istifadə olunub bitməlidir.


İstifadə qaydası: hər gün 3 ədəd səhər və 3 ədəd axşam yemək.