Osmanlı dövründə xəstələrə dərman kimi verilən tut meyvəsinin əsl vaxtıdır. Yetişmiş tutun şirəsi isti günlərdə yoluxucu xəstəliklərə qarşı çox xeyirlidir.
CRP dəyərindəki artım bədəndə iltihab və ya infeksiya, insult və ya infarkt riski, toxuma ölümü və ya şiş ehtimalını göstərən dəyərdir. Tut CPR dəyərini azaltmağa kömək edir. Ona görə də həyati əhəmiyyət kəsb edir.
Medicina.az xəbər verir ki, ağ tut sağlamlığa faydaları baxımından çox əhəmiyyətli bir meyvədir. Belə ki, Osmanlı dövründə ağ tut və yarpaqlarından bəzi iltihablı xəstəliklərə qarşı dərman kimi istifadə edildiyi məlumdur. Tut yarpaqları antibiotik və antiseptik xüsusiyyətləri sayəsində orqanizmdə iltihabın qarşısını alır.
Xüsusilə şəkərli diabet xəstələrinin yaralarının yavaş sağalmasına qarşı təzə tut yarpaqlarından hazırlanmış və ilıq halda tətbiq edilən tut yarpağı çayının sarğısı yaxşı dəstək ola bilər.
Prof. Dr. İbrahim Saraçoğlu tutun faydaları haqqında bunları deyir:
“Tut gizli nemətdir. CRP səviyyəsi yüksək olanlar qurudulmuş ağ tut şirəsi içməlidirlər".
O, tutdan dərman hazırlamağın yolunu da izah edib:
Əvvəlcə yarım litr suyu qaynatmaq lazımdır. Sonra bu suya bir ovuc tut əlavə edin. Təxminən altı dəqiqə qaynadıqdan sonra suyu süzüb yarısını səhərlər acqarına içə bilərsiniz. Qalan yarısını isə axşam acqarına içmək olar.
Səhər və axşam yeməyindən iyirmi dəqiqə əvvəl bu suyu içmək sağlamlıq üçün möhtəşəm nəticələr verəcək.
Qeyd edək ki, qaynadılmış tutları istehlak etmək lazım deyil.
Aysel