Daim ağzına yemək atan, yeməklər arasında bir atışdırmasız qalmayan və tez-tez acıyan insanlar əslində, xəstədir deyə bilərik.
“Medicina” xəbər verir ki, endokrinoloq Yekatirina Volkovanın sözlərinə görə, daim yemək istəyinin arxasında təkcə psixoloji problemləri gizlədə bilməz.
Daimi yemək istəyinə səbəblər bunlar ola bilər:
Hipotriodizm. Qalxanabənzər vəzinin disfunksiyası zamanı maddələr mübadiləsi yavaşlayır: enerji almalı olan hər bir hüceyrə əslində “ac” qalır. Buna görə də təkrar-təkrar yemək istəyirsən.
İnsulin müqaviməti. Bu vəziyyətdə keyfiyyətsiz insulin kifayət qədər işləmir. Qlükozanı hüceyrəyə effektiv şəkildə çatdıra bilmir, buna görə də aclıq siqnalları insanın yenidən qəlyanaltı yeməsinə səbəb olur.
Xrom çatışmazlığı. Bu elementin olmaması karbohidrat mübadiləsinə maneə törədir, yüksək səviyyədə qlükoza və insulinə səbəb olur.
Xroniki stress. Nəticədə böyrəküstü vəzilərin ehtiyatları tükənir, orqanizmi stressdən qoruyan kortizol çatışmazlığı yaranır. Ancaq enerjini haradasa əldə etmək lazımdır, buna görə də yemək və şirniyyat çıxış yolu olur.
İnsan stresli olduqda, böyrəküstü vəzilər iştahı artıran kortizol hormonu ifraz edir. Stressli vəziyyətdə olan insanlar, karbohidratlar və şəkər olan qidalara çəkilirlər. Bəzi dərmanlar da, məsələn, antidepressantlar iştahı və aclığı stimullaşdıra bilər.
Artan aclıq hissi luteal fazada olan qadınlarda, menstruasiyadan təxminən bir həftə əvvəl yaşana bilər. Bu dövrdə qadınların orqanizmi həddindən artıq yüklə işləyir və buna görə də daha yüksək bazal metabolizm dərəcəsi var.
Problemlərin qarşısını almaq üçün stresin səbəbini aradan qaldırmaq, həmçinin müntəzəm istirahət, meditasiya və idmanla bu cür halların qarşısını almaq lazımdır.
Aynurə Məmmədova