Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çox xəstələr infarktı hiss etmir -Kardioloq

  • 2023.02.22 14:30
  • 1465 Baxış
Çox xəstələr infarktı hiss etmir  -Kardioloq

Kəskin ürək tutmalarının az qala yarısının (45%-i) hiss edilməyən “Sakit infarkt” (SMI - silent myocardial infarction) olduğu elan edilib.

"Medicina" xəbər verir ki, bu barədə ürək-damar cərrahı Cabir Gülmalıyev məlumat verib.

"Sakit infarktın (SMİ) əlamətləri o qədər zəif və qısamüddətli ola bilir ki, onu adi diskomfortla və ya daha az təhlükəli digər problemlə qarışıq salırlar. Bu patologiya kişilərdə daha çox rastlanır və onlar bu cür halları gərgin iş rejimi, yuxusuzluq yaxud pis qidalanma ilə əlaqələndirirlər:

"Diqqət ediləcək digər məqam isə odur ki, döş qəfəsinin sol tərəfindəki kəskin ağrı, böyük ehtimal sizdə infarkt şübhəsi yarada bilər, ancaq “sakit infarkt” bütün sinədə kiçik bir diskomfort hissiylə də xarakterizə oluna bilməkdədir".