Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çox uzun dırnaqların altında 32 cür mikrob olur

  • 2023.06.20 18:24
  • 1396 Baxış
Çox uzun dırnaqların altında    32 cür mikrob olur
Çox uzun dırnaqlar dəbdə olsa da, sağlamlıq üçün təhlükəlidir.


“Medicina” xəbər verir ki, Amerika Universitetinin professoru Ceffri Kaplanın sözlərinə görə, uzun dırnaqların altı göbələk və bakteriyalar üçün çoxalma mənbəyidir.


“Dırnaq lövhəsi nə qədər uzun olsa, mikroorqanizmlər üçün bir o qədər çoxalmaq imkanı yaranır.

Tədqiqat zamanı belə dırnaqların altında 32 növ bakteriya və 28 növ göbələk aşkar edilib. Onların arasında hətta antibiotiklərə davamlı stafilokokk aureus da var.

Dırnaqlarınızın süni və ya təbii olmasının heç bir əhəmiyyəti yoxdur, onlar gel, akril və ya lak ilə örtülsə də, dırnaqlar uzundursa, onların altında çoxlu mikroorqanizmlərin olma ehtimalı çox yüksəkdir.

Əlləri yuma və ya hətta xüsusi fırça ilə dırnaqları təmizləmək köməyi ilə bunları zərərsizləşdirmək çətindir.

Dırnaqları qaşıdıqda, dişlədikdə, ağızda oynatdıqda, buruna saldıqda dırnaqların altındakı mikroblar orqanizmə daxil olaraq, müxtəlif xəstəliklərə səbəb olacaq.

Bundan əlavə, bu mikroorqanizmlər dırnaq infeksiyasına səbəb ola bilər ki, bu da dırnaq lövhələrini eybəcər hala salacaq.

Aynurə Məmmədova