Həddən artıq su içmək sağlamlıq üçün təhlükəli ola bilər.
Medicina.az xəbər verir ki, terapevt Yuliya Mironova çoxlu su istehlakının fəsadlarından danışıb.
Dözülməz istidə bir çox insan bol sərinləşdirici içki və ya su içir. Bir çox mütəxəssis bunun doğru olduğunu bildirir.
Ancaq bəzi həkimlər təmiz içməli suyun belə çox içildikdə zərərli ola biləcəyi barədə xəbərdarlıq edirlər.
“Həddən artıq su içmək ciddi sağlamlıq nəticələrinə səbəb ola bilər. Bu zaman qanda natrium səviyyəsinin təhlükəli dərəcədə aşağı düşdüyü bir vəziyyət olan hiponatremi müşahidə oluna bilir. Bu da hüceyrə şişməsinə və bunun nəticəsində sudurqa keçirməyə, hətta komaya düşməyə səbəb ola bilər”.
Mironovanın sözlərinə görə, gündə optimal maye qəbulu kişilər üçün 3,5 litr, qadınlar üçün isə 2,5 litr təşkil edir. Üstəlik, bu normaya təkcə suyun özü deyil, həm də yemək və içkilər, o cümlədən şirələr və çaylar vasitəsilə bədənə daxil olan maye də aid edilir.
Aysel