Bir çox dietoloqlar durmadan insanları gündə 2 litr su içməyə çağırır. Bəzən insanlar sutkalıq bu miqdarda suyu çatdırmaq üçün birdəfəyə bir yarım litr su içirlər.
“Medicina” xəbər verir ki, terapevt Yuliya Mironova suyun artıqlığının ciddi fəsadlarından danışıb.
“Bol maye orqanizm susuzlaşdığı vaxtlarda lazımdır. Yayda çox tərləmə, qızdırmadan sonra, amma digər hallarda hər gün 2 litr su içmək ciddi fəsadlar yarada bilər. Bunlardan biri qıcolmalardır.
Epileptik tutmaya bənzəyən əzələ qıcolmalarına səbəb suyun qanda mineralların konsentrasiyasını normadan çox yuyulmasındadır.
Hiponatremiya qanda natrinin təhlükəli minimum həddə enməsidir. Bu zaman hüceyrələr şişir və qıcolma, hətta komaya düşmə ola bilər.
ABŞ Milli Elmlər Akademiyası kişilərə 3, qadınlara 2,5 litr maye qəbulunu tövsiyə edir. Bu miqdara bütün mayelər daxildir- su, digər içkilər, çay, yeməklər və s. Çay, qəhvə, başqa içkilər içib, əlavə 2 litr su içmək olmaz”.
Aygün Musayeva