Acqarına qəhvə içmək mədənin selikli qişasını zədələyirmi?
“Medicina” xəbər verir ki, qastroenteroloq Andrey Xaritonov mədə və qidalarla bağlı miflərə aydınlıq gətirib:
“El arasında təkcə qəhvə ilə yox, mandarin, turş alma ilə bağlı da fikirlər dolaşır. Bu qidalar bütün yayılan fikirlərə rəğmən mədənin divarını zədələmir, deşmir.
Bu gün elm və tibbi baxımdan aşılayıcı kimyəvi maddələr xaric (sirkə turşusu, məhlul və s) hər hansı qida və yeməyin mədə selikli qişasını ciddi zədələməsi barədə sübutlu mənbə yoxdur.
Əgər acqarına qəhvə içmək sizdə heç bir narahatlıq və simptom vermirsə, içmək olar.
Hətta acı və kəskin ədviyyatlı qidalar da selikli qişanı zədələmir.
Acı bibərdə yerləşən kapsaisin adlı maddə ən yandırıcı maddədir. O isə əksinə hətta mədənin vəziyyətini yaxşılaşdıra bilər.
Çünki istiot qan dövranını aktivləşdirir ki, bu da selikli qişanın özünü bərpası üçün vacibdir. Amma təbii ki, belə qidaları hər gün yox, normasında, az yemək lazımdır”.
Aygün Musayeva