Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Soyuqda çox qalın geyinməyin, tromb əmələ gələr

  • 2022.12.07 15:25
  • 1908 Baxış
Soyuqda çox qalın geyinməyin, tromb əmələ gələr

Soyuq havada həddindən artıq isti geyim tromboz yaradır.


"Medicina" xəbər verir ki. cərrah və kardioloq Vladimir Xoroşev xəbərdarlıq edib.


“Havanın temperaturu cəmi üç-dörd dərəcə istilik və ya şaxtadırsa, adam isə on doqquz şərflə bürünüb və üç sviter geyinibsə, bu trombozun meydana gəlməsinə səbəb olur. Çünki istixana effekti yaranır, bu da trombların əmələ gəlməsinə meyli artırır”, - deyə o, bildirib.

Mütəxəssis bunun əksinə çox üşümənin - donmanın da qan laxtalarının əmələ gəlməsinə səbəb olduğunu bildirib.

Bundan başqa ətrafların travması, COVID-19-un fəsadları və xroniki xəstəliklər trombozun səbəbləri arasında göstərilib.

Xoroşev əlavə edib ki, kəskin trombozun ilk əlaməti trombozun haradan yaranmasından asılı olaraq hiss olunan ağrıdır. /sağlamolun.az/