1100 nəfər qadın arasında sorğu göstərib ki, onların heç biri süd vəzi xərçənginə aid 5 simptomu sadalaya bilməyib.
Bu da onların həyatını təhlükəyə atır. Çünki süd vəzi xərçəngi ilkin mərhələdə aşkarlanarsa, müalicə olunur.
"Medicina" xəbər verir ki, Oqayo Onkoloji Mərkəzinin sorğusu ilə müasir qadınların bu ölümcül xəstəlik barədə hələ də məlumatsız olduğunu üzə çıxarıb.
Sorğuda 78% qadın süf vəzisisndə hiss olunan, əllə bilinən bərkimə, şiş olduğundan şübhələnə bilər. Amma təkcə bu əlamət çox azdər. Yalnız 44% qadın süd vəzidə dərinin qızarmasının, dərinin qalınlaşması və orda çökəklər əmələ gəlməsinin xərçəng ola biləcəyini deyib.
Alimlər bütün qadınlara bu 5 əlaməti əzbər bilməyi tövsiyə edir.
- Süd vəzisinin dərisində istənilən dəyişiklik, çörək, dəlik, qabarıqlıq, qızarma, çuxurlaşma, dartılma
- Bir süd vəzisində ağırlaşma, dartılma hissi
- Dərinin qızarması, vəzinin istiləşməsi
- Dərinin qaşınması, qabıqlanması
- Gilələrin içəri girməsi, dartılması, axıntı
Bu əlamətlər fibroadenoma, mastitdə də ola bilər.
Amma əgər siz menopauza dövründəsizsə, süd vəzi şişlərindən şübhələnin.
Aygün Musayeva