Həftədə 50 saat və daha çox işləyən qadınlarda orqanizmin tükənməsindən süd vəzi xərçəngi yarana bilir.
"Medicina" xəbər verir ki, bu barədə onkoloq mammoloq Danail Nazliyev bildirib.
Amerika Onkoloji Cəmiyyətinin apardığı tədqiqata görə, həftədə 50-55 saat işləyən qadınlarda süd vəzi şişləri 33% daha çox olur, nəinki həftədə 35-40 saat işləyənlərdə.
Dincəlmıdən, gücündən artıq işləmək sağlamlığa çox zərərlər vurur.
Bu riski azaltmaq üçün qadınlar həftədə 40 saatdan artıq işləməməli, istirahəti planlamalı, siqaret və alkoqoldan uzaq durmalıdır.
Eləcə də ionizə olunmuş şüalanmadan qorunmaq lazımdır.
Aygün Musayeva