Vaksinin iki dozasını da vurduran şəxslər arasında COVID-19 əlamətləri aşkarlanıb. Şəxsi təcrübəmdə vaksin olunan və virusa yoluxan 3 nəfərlə qarşılaşmışam. Bu, o demək deyil ki, vaksinasiyadan yayınmaq olar. Əminliklə deyə bilərəm ki, bu insanlar xəstəliyi daha yüngül keçirir.
Medicina.az xəbər verir ki, bu sözləri publika.az-a terapevt Nazim Quliyev deyib. Həkim bildirib ki, vaksinasiya xəstəlikdən 100 faiz qorumur:
“Vaksin xəstəliyə qarşı orqanizmdə antikorların hazırlanmasına kömək edir. Bu da xəstəliyin yüngül keçməsinə gətirib çıxarır. Odur ki, peyvəndlənmə işlərində aktiv iştikar etmək lazımdır.
Müşahidələrin göstərir ki, qadınların əksəriyyəti ya dondurma yedikdən, ya da soyuq şirələr içəndən sonra xəstələnib. Kişilərdə isə spirtli içki, pivə içdikdən 2-3 sonra boğaz ağrıları və xəstəliyin digər əlamətləri yaranmağa başlayıb. Maye və qidaları soyuq halda qəbul etməməyi tövsiyə edirəm. İsti duru yeməklərə və müxtəlif bitki çaylarına üstünlük vermək daha məqsədəuyğundur.
Vaksin olunub-olunmamanızdan asılı olmayaraq məcburi 3 prinsipə əməl etməlisiniz. Hamı bir nəfər kimi maska taxmalı, sosial məsafəni gözləməli və gigiyena qaydalarına əməl etməlidir”.
Nazim Quliyevin sözlərinə görə, Hindistan ştammı Azərbaycanda yayılarsa və vəziyyət gərginləşərsə ciddi qapanmalara getmək qaçılmaz olacaq:
“Hər halda sözügedən ştammın ölkəmizdə yayılmasını arzu etmirik, dövlət bu sahədə ciddi tədbirlər görür, bu barədə əhaliyə xəbərdarlıqlar olunur. Bir həkim kimi mənim də borcumdur ki, əhalini daha diqqətli olmağa çağırım. Karantin qaydalarına əməl etmək, məclislərdən, kütləvi tədbirlərdən uzaqlaşmaq lazımdır. Adilədaxili yoluxmaların əksəriyyəti ailə üzvlərdən birinin hansısa məclislərdə iştirakından sonra baş verir. Və yaxud soyuq qidalar və mayelərin qəbulundan belə hallara rast gəlinir. Ümumiyyətlə, yaz dövründə bədən daha həssas olur, insanlarda vitamin D çatışmazlığı artır. D vitaminini biz ancaq günəşdən alırıq, günəş isə yeni-yeni öz şüalarını səpələməyə başlayıb. Qabaqlayıcı tədbirlər görmək və bol meyvə-tərəvəz qəbulu vacibdir. Xüsusən 40 yaşdan yuxarı insanlara tövsiyə edirəm ki, profilaktik məqsədlərlə Kardiomaqnil, Trombaz kimi qan durulducu dərmanlardan istifadə etsinlər”.