Bir çox insanın bədəninin müəyyən nahiyələrdə bədən çürümələrinə rast gəlinir. Həkimlər bunun səbəbini müxtəlif amillərlə əlaqələndirir.
“Medicina” xəbər verir ki, rus həkim Aleksandr Yuroçkin müşahidələrinə əsasən, tez-tez alkoqoldan edən və qaraciyər problemi olan insanlarda çürüklərə daha tez-tez rast gəlinir. Çünki alkoqolizm qaraciyərin funksiyalarına, o cümlədən qanın laxtalanma prosesinə və bu prosesdə lazım olan kimyəvi maddələrin istehsalına mənfi təsir göstərir.
“İçkidən zədələnmiş orqan bu maddələrdən daha az istehsal edir, bu da kiçik yara və zərbələrdə belə qan itkisi riskini çox əhəmiyyətli dərəcədə artırır. Bu prosesin təzahürü olaraq. bədəndə çürümələrə rast gəlinir.
Bir insan çox spirt içdikdə qaraciyərinin zədələnməsinə gətirib çıxarır, bu zədələnmələrin ilk əlamətlərindən biri asanlıqla bədəndə göyərmələrin əmələ gəlməsidir”.
Ümumiyyətlə, bədəndəki çürümələrin səbəbi adətən, laxtalanma pozğunluğundan yaranır. Həkim əlavə etdi ki, alkoqolizmdən başqa, qanaxma pozğunluğu digər patologiyalardan da qaynaqlana bilər. Bu patalogiyaların arasında Villebrand xəstəliyi və hemofiliya da var. Onlardan əziyyət çəkən insanlar həyati təhlükə altında olan xəstələr hesab olunur.
"Sürətli" çürüklərin başqa bir mümkün səbəbi, bədənin kifayət qədər trombosit istehsal etmədiyi zaman meydana gələn trombositopeniyadır. Trombositopeniya bakterial infeksiyalar, hamiləlik, otoimmün xəstəliklər, viral infeksiyalar və ya müəyyən dərmanlar nəticəsində yaranır.
Xərçəng də göyərmələrə qarşı həssaslığa təsir göstərir. Belə ki, asanlıqla ortaya çıxan göyərmə və qanaxma, sümük iliyində sağlam qan hüceyrələrinin çatışmazlığından qaynaqlanan ümumi leykoz simptomları arasındadır. Bu göyərmələr, tez - tez qeyri-adi yerlərdə (məsələn, ayaqların və əllərin arxasında) meydana gəlir, heç bir səbəb olmadan dərhal çox miqdarda görünür, böyüyür və uzun müddət keçmir.
Çürüklərin ən təhlükəli səbəblərindən birini isə həkim daxili qanaxma adlandırıb. Bu tip qanaxma təcili yardım tələb edən bir vəziyyətdir.
Xanım