Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çox duz istifadə etdiyinizi göstərən 4 əlamət

  • 2023.05.17 09:09
  • 1221 Baxış
Çox duz istifadə etdiyinizi göstərən  4 əlamət
Həddindən artıq duz istifadə etmək yüksək təzyiqə səbəb olur.

Bununla da, ürək xəstəliklərinin riski artır.

Mütəxəssislər duzdan çox istifadə etmənin əlamətlərini paylaşıb.

Bakupost.az həmin 4 əlaməti təqdim edir.

1. Baş ağrısı

Həddindən artıq duz qəbulu nəticəsində yaranan susuzlaşma şiddətli baş ağrılarına səbəb ola bilər. Bu baş ağrıları qan damarları genişləndikcə döyüntü hissi verir. Həll yolu çoxlu su içməkdir.

2. Ayaqların və əllərin şişməsi

Barmaqların, topuqların və ya ayaqların şişməsi də duzdan çox istifadə etmənin fəsadları ola bilər. Həddindən artıq duz qəbul etdikdə bədən əlavə natriumu saxlayır və hüceyrələr xaricində mayeni artırır. Bu davam edərsə, həkimə müraciət etmək lazımdır.

3. Yüksək qan təzyiqi

Cəmi 30 dəqiqə ərzində duz yemək bədənin reaksiyasına səbəb olacaq. Yüksək qan təzyiqi müalicə edilmədikdə infarkt və insult kimi ciddi problemlər riskini artırır.

4. Tez-tez sidiyə getmə

Həddindən artıq duzdan istifadə etmək maye qəbulunun artmasına səbəb olur. Yəni, duzun artmasına cavab olaraq daha çox maye tələb olunur. Nəticədə insan tez-tez sidiyə gedir. Bədən bol su içmək lazım olduğuna dair siqnal göndərir və yığılan artıq duzu çıxarmağı hədəfləyir. Bu həmçinin, poliuriya kimi digər xəstəliklərin əlaməti ola bilər.
Natrium xlorid kimi də tanınan xörək duzunun tərkibində əsas qida maddəsi olan təxminən 40 faiz natrium var.
Mütəxəssislər gündəlik həyatda duzdan müəyyən ölçüdə istifadə etməyi tövsiyə edir.

Duzdan az istifadə etmək sinir impulslarının ötürülməsinə, əzələlərin daralmasına və rahatlamasına kömək edir. Su və mineral balansını qorumağa kömək edir.

İngiltərənin Milli Səhiyyə Xidməti böyüklərin gündə 6 qram duzdan çox istifadə etməməsini tövsiyə edir.