Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çox çörək yeyənləri gözləyən - 2 xəstəlik

  • 2023.10.30 20:43
  • 2627 Baxış
Çox çörək yeyənləri gözləyən  -  2 xəstəlik
Gündəlik rasionda çörəyin həddən artıq çox olması bir sıra xəstəlikləri sürətləndirir.

“Medicina” xəbər verir ki, həkim Nadejda Podkorıtova çox çörək yeyənlərin üzləşəcəyi 2 xəstəliyi açıqlayıb.

“Yeməkdən çox çörək yeyənlərdə ürək, mədəaltı vəz və diabet kimi patologiyalar gözləyə bilər.
Nəinki çörək özü, digər un və çörək məmulatları qanda xolesterini artırır, insulin dirənci yaradır, bədən kütləsi artır, nəticədə diabet, piylənmə və damar tıxanması baş verir.

Çorəyi yemək vərdişi uşaqlıqdan aşılanır. Uşaq birinci, ikinci yemək, səhər yeməyində belə çörək yeyir.

Çörəklə birgə bu qidaları qəbul etmək isə olmaz:

- Makaron, xəngəl, pelmeni, kartof –onlar karbohidrat mənbəyidir, mədəaltı vəzi ikiqat yükləyir

- Meyvə və şirniyyatla – bağırsaqda qıcqırmanı, köpü artırır. Insulinin hasilini artırır.

Çörək ideal olaraq, göyərti, tərəvəz və salatlaq, şorbalarla uyğundur. Ən zərərli çörək yüksək sort undan ağ çörəkdir”.


Aygün Musayeva