Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çox az sidiyə getmək təhlükəlidir? - Oliquriya nədir?

  • 2025.02.22 18:39
  • 138 Baxış
Çox az sidiyə getmək təhlükəlidir?   -  Oliquriya nədir?



Oliquriya 24 saatda 400 ml miqdarında sidik ifrazı və istehsalı deməkdir.

İnsan orqanizminin adətən gündə 800-2000 ml sidik ifraz etdiyinə inanılır və sidik ifrazı təxminən hər üç-dörd saatdan bir baş verir. Ancaq bu göstərici orta səviyyədədir, hər bir insanda idrarın tezliyi onun gündəlik vərdişləri və bədənin fərdi xüsusiyyətləri də daxil olmaqla bir çox amillərdən asılıdır; Beləliklə, bəzi insanlar üçün gündə yalnız iki dəfə sidiyə çıxmaq yaxşı ola bilər.


“Medicina” xəbər verir ki, uroloq Ruslan Həsənov sutkalıq normadan danışıb.

“Əgər sidiyiniz sarı saman rəngdədirsə və gündə bir dəfədən çox sidiyə gedirsinizsə, bədəninizin kifayət qədər nəmləndirildiyini güman etmək olar.
Siidikdə kəhrəba və ya tünd narıncı rəng varsa, bu adətən maye çatışmazlığını, susuzlaşmanı göstərir. Bu vəziyyətdə, daha çox su içmək və həkimə müraciət etməlisiniz.


Sidiyin qaralması ilə yanaşı, digər xoşagəlməz simptomlar müşahidə olunarsa, təcili tibbi yardım axtarmalısınız.

Başgicəllənmə;
Bayılma vəziyyəti;
Sürətli nəfəs və ürək döyüntüsü;
Solğunluq, şok.

Nadir sidiyə getmənin başqa bir izahı sidik axınına mane olan kalsium, kalium və natrium kimi mineralların yığılması olan böyrək daşları ola bilər. Böyrək daşları sidik kanallarına və ya sidiyi böyrəklərdən sidik kisəsinə aparan borulara yerləşə bilər və ya sidik yollarından aşağı boruları bağlaya bilər.

Böyrək daşlarının əlamətləri:

Sidikdə qan;
pis qoxulu sidik;
idrar edərkən ağrı;
Arxada, qasıqda, qarın altında və ya yanda kəskin ağrı.
Bundan əlavə, bəzi dərmanlar, o cümlədən ibuprofen kimi qeyri-steroid antiinflamatuar dərmanlar (NSAİİ) oliquriyaya səbəb ola bilər.

“Elə dərmanlar var ki, sinirlərə sidik ifraz etməyə imkan verən siqnallar göndərilməsini dayandırır. Məsələn, antidepresanlar və antihistaminiklər bu təsirə malikdir”.

Həmçinin, tez-tez iltihab nəticəsində yaranan sidik yollarının daralması səbəbindən sidiyə getmə daha az olur. Bundan əlavə, sidik yollarının daralması, prostat problemləri, qəbizlik, çanaq şişləri və ya cinsi yolla ötürülən infeksiyalar (CYBE) səbəbindən baş verə bilər.


Sidiyə getməni azaldan digər amil nevroloji xəstəliklərdir. Müəyyən nevroloji vəziyyətlər beyindən sidik ifraz etmək üçün siqnallara cavab verməkdə zəif olan neyrogen sidik kisəsi adlanan sindroma səbəb ola bilər. Alzheimer xəstəliyi, Parkinson xəstəliyi, diabet və s”.

Uroloq vurğuladı ki, istək yarananda özünü saxlama vərdişi sidik kisəsini zəiflədə bilər.

“Sidiyə ehtiyac hiss etdiyiniz zaman tualetə baş çəkmək vacibdir. Sidiyi çox uzun müddət saxlamaq sidik kisəsini uzata, sidik yollarının əzələlərini zəiflədə və sidik yollarının infeksiyası riskini artıra bilər”.


Aygün Musayeva