Bir çox insanların kəskin və tez arıqlama istəyi onlara baha başa gələ bilər.
"Medicina" xəbər verir ki, qastroenteroloq Nataliya Marçenko dietalarla çəkisini ayda 10 kq atmağa çalışanlara səslənib.
"Qısa müddətdə 5-10 kq çəki atmaq üçün hər şeyi sınayanların qaraciyər funksiyalarında təhlükəli dəyişikliklər yarana bilər.
Qəfil çəki itkisində qaraciyər çox yüklənir. normadan artıq işləyir.
Atmağa çalışdığınız daxili piylər ərimək üçün qaraciyərdən keçir.
Arıqlama tədricən baş verdikdə piy artıqlarını qaraciyər öz tempində həll edir.
Yağın əriməsi üçün o öd hasil etməlidir.
Əgər arıqlama sürətlə olsa, qaraciyər bu yüklə bacara bilmir.
Parşalanmağa macal tapmamış piylər qaraciyərin toxumasında qalır və orda iltihaba səbəb olur. Nəticədə fibroz, sirroz yarana bilər.
Ona görə qadınlar gözəl görünmək üçün qiymətli orqanlarını itirə bilərlər.
Vizual olaraq siz arıq görünə bilərsiz, amma qaraciyəriniz məhv olacaq"
Aygün Musayeva