Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çox ağlamaq faydalıdır, yoxsa zərərli?

  • 2023.05.02 13:50
  • 3767 Baxış
Çox ağlamaq faydalıdır, yoxsa zərərli?
İnsanda normal olaraq gün ərzində müəyyən miqdar göz yaşı mayesi ayrılır. Hər göz qırpımında bu maye göz qapağının selikli qişasını (konjonktiva) nəmləndirmək üçün lazımdır.


“Medicina” xəbər verir ki, oftalmoloq Vladimir Aqeyevin sözlərinə görə, real göz yaşları bəzən xarici stimullara cavab olaraq gözlərdən axır.

Hətta bəzi qidaların tərkibində olan kimyəvi birləşmələrə reaksiya ola bilərək də göz sulanır: məsələn, soğan, istiot və s.


“Göz yaşlarının həm mənfi, həm də müsbət tərəfləri var. Ağlamaqla yanaşı, bədəndən artıq hormonlar çıxır, bunun sayəsində insan sakitləşir. Bu baxımdan ağlamaq yaxşı vərdişdir. Bu emosional və fiziki rahatlıq verir. Göz yaşları axdıqdan sonra insan daha dərindən nəfəs almağa başlayır və nəbz yavaşlayır”.


Amma insan uzun müddət onu ağladan təsirin altında olduğu müddətdə hıçqırıqlar davam edir: mənfi emosiyalar, həddindən artıq gərginlik, ağrı və s başlayır. Bunu çox davam etdirmək olmaz, müəyyən qədər sonra sakitləşmək mütləqdir.


Həkim bildirib ki, çox ağlamaq gözlərin qızartısına, konyunktivanın qıcıqlanmasına və göz qapaqlarının şişməsinə gətirib çıxarır. Lakrimal vəzlərin işinin artması səbəbindən periorbital bölgənin toxumalarında artıq maye toplanır ki, bu da gözlər altında torba və şişkinliklərin əmələ gəlməsinə səbəb olur.

Günay Quluzadə